Seyid Həsən Nəsrullah: İsraillə sülh edənlərə ar olsun!

QafqazTimes xəbər verir ki, Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah cümə günü ölkədə keçiriləcək parlament seçkiləri öncəsi regional və daxili məsələlərlə bağlı çıxış edib.

Hizbullahın baş katibi Əl-Bəqada bir ictimai toplantıda etdiyi çıxışının əvvəlində Əl-Cəzirə kanalının fələstinli jurnalisti Şirin Əbu Aqilənin şəhadətinə işarə edərək, bildirib ki, o, illər boyu Fələstin xalqına olunan zülmlərin və sionistlərin cinayətlərinin şahidi olub.

Livan müqavimətinin lideri daha sonra vurğulayıb: “Sionist rejim Livandan Fələstinə və Misirə qədər tarix boyu çoxlu vəhşiliklər törədib və bunların hamısında bu rejimin vəhşi xisləti özünü sübuta yetirib.”

O, həmçinin deyib: “Bu məsələyə görə ilk növbədə xəcalət çəkməli olan şəxslər xalqları İsrailin varlığının təbii olduğuna və onunla bir yerdə yaşamağın mümkünlüyünə inandırmağa çalışan kompromisə gedənlərdir.”

Hizbullahın baş katibi Şirin Əbu Aqilənin xristian olmasına işarə edərək deyib: “Onun şəhadət mesajı sionist düşmənin xristian və müsəlmanları qətlə yetirməsi və onların ziyarətgahlarına basqın edərək evlərini dağıtması və bu rejimin irqçi və qeyri-insani siyasətləri səbəbindən hər kəsin təhlükə altında olmasıdır.”

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya