Azərbaycandan qaçan Aparat rəhbəri axtarışa verildi — FOTOLAR

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sabiq aparat rəhbəri Səfər İmanov axtarışa verilib.

Onun barəsində Cinayət Məcəlləsinin  178.3.2, 324, 312.1-ci maddələri ilə axtarış elan edilib.

Qeyd edək ki, S.İmanov 2012-ci ildə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vətəndaş Eynur Kərimovu icra başçısının müavini vəzifəsinə təyin etdirəcəyi vədi ilə aldadaraq onun 170 min ABŞ dollarını mənimsəyib. Sabiq aparat rəhbəri bu işi Komitənin keçmiş sədri Hicran Hüseynovanın vasitəçiliyi ilə gördüyünü deyib.

Həmin il yayılan iddialara görə, E.Kərimov dəfələrlə pulu geri almaq üçün Hicran Hüseynova və Səfər İmanovla görüşüb. Daha sonra Səfər İmanov ölkədən qaçıb.

S.İmanov E.Kərimovdan 170 min dolları alan zaman ona qəbz verib. Qəbzdə Hicran Hüseynovanın da adı qeyd olunub.

Related posts

İran: Müsəlman ölkələrinin Qəzzə müharibəsindəki mövqeyi tarixə yazılır

Qəzzada kütləvi məzarlıqlar…

İcra başçısının səsini eşitmədiyi üçün mikrofonla danışmağını istəyən əlil CƏZALANDIRILDI – FOTO