Seyid Həsən Nəsrullah: İsrail Rəfəhə daxil olarsa, müharibədə məğlub oldu deməkdir

Livan Hizbullahının baş katibi deyib: Netanyahu deyir ki, Rəfəhə daxil olmasaq, məğlub olarıq”. Amma biz deyirik ki, Rəfəhə daxil olarsınızsa, həm müharibəni uduzarsınız, həm də Həması məhv edə bilməzsiniz.

Əl Aləm telekanalının məlumatına əsasən, Seyid Həsən Nəsrullah mübarək Ramazan ayı münasibətilə təbrik mesajından sonar vurğulayıb: Livan, İraq və Yəmənin müqavimət cəbhəsi bu ayda son sözünü deyəcək.

Hibullah baş katibi 6 aydır davam edən Qəzzə müharibəsində müqavimət cəbhəsinin möhkəm dayandığını və möcüzəyə yaxın bir vəziyyətdə olduğunu vurğulayaraq deyib: Bu gün Qəzzədə baş verənlər dünya xalqları üçün bir ibrət dərsidir və biz Əl Əqsa Tufanı əməliyyatının nəticələri və ondan sonar baş verəcəklərə diqqət etməliyik.

S.H.Nəsrullah Benyamin Netanyahunun Rəfəhə quru hücum israrı barədə deyib: Düşmənin ekspertləri Rəfəhə hücumun xəsarətlərini nəzərə almadan, bunun bir qələbə olduğunu təsəvvür edir. Amma biz bunun tam bir məğlubiyyət olduğunu, heç vaxt Həması və müqaviməti məhv edə bilməyəcəklərini deyirik.

Seyid Həsən Nəsrullah sonda işğalçıların bu 6 ay müharibəsində Həmasla müzakirədə şərtlər qoyduğunu, amma hal-hazırda Həmasın düşmənə şərt təyin etməsini düşmən məğlubiyyətinin əlaməti olduğunu da vurğulayıb.

Related posts

Kuba: İsrailin Rəfəhə hücumu fələstinlilərin soyqırım sayını artırır

Bayden Yəməndəki fövqəladə vəziyyəti 1 il uzatdı

Hizbullah sionist rejim kəşfiyyat təchizatını məhv etdi

1 şərh

Jigolo Mart 14, 2024 - 11:22 axşam

Ive read several just right stuff here Certainly price bookmarking for revisiting I wonder how a lot effort you place to create this kind of great informative website

Add Comment