Seyid Həsən Nəsrullah: İşğalçı gəmilərin mübahisəli bölgədə olması Livana təcavüzdür

QafqazTimes xəbər verir ki, Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah Livanda və regionda baş verən son hadisələrdən danışıb.

O, işğalçıların Livan neftini və qazını oğurlamaq təhlükəsinin siyasi mənsubiyyətindən asılı olmayaraq bütün livanlıların problemi olmasını vurğulayaraq deyib: “Bu, ümummilli məsələdir, çünki Livan üçün böyük bir sərvətdir, qorunmalı və onu çıxararaq böhranları həll etmək üçün istifadə edilməlidir.”

Hizbullahın baş katibi işğalçılara aid qaz çıxaran gəminin mübahisəli sahədə olmasının Livana təcavüz olduğunu vurğulayaraq əlavə edib ki, gəmi (işğalçı rejim) kəşfiyyat üçün deyil, hasilat, neftin ixracı və satışının qalan mərhələləri üçün bura gəlib. Düşmın İsrail bu çevik hərəkəti ilə livanlılara və dünyaya bildirir ki, gəmi qısa zamanda quyularından neft çıxarmağa başlayacaq.

O, əlavə edib: “Livanlılar indi böyük bir sual qarşısındadırlar ki, nə etməlidirlər. Hamımız milli problemə çevrilməli olan böyük bir məsələ ilə qarşı qarşıyayıq.

Livan Hizbullahının baş katibi həmçinin işarə edib: Haqq olmasından əlavə Livanın qüdrəti də var, müqavimət öz sahəsindən qaz çıxarılmasının qarşısını almaq üçün maddi, hərbi və… imkanlara malikdir.

Seyid Həsən Nəsrullah həmçinin Livan xalqının müqaviməti dəstəklədiyini vurğulayaraq deyib: “İsrailin təhdid etdiyi istənilən müharibədə itkiləri Livanın itkilərindən daha çox olacaq.”

Seyid Həsən Nəsrullah həmçinin belə qeyd edib: “Düşmənin müharibə variantına doğru hərəkəti düşmən üçün təkcə strateji deyil, onun varlığını təhlükə altına salacaq nəticələrə gətirib çıxaracaq.”

Related posts

Fatimeyi-Zəhranın (s) davamçısı olmaq

Yəmən Amerikanın F-18 qırıcısını vurdu. Amerika-İngiltərə qüvvələri geri çəkilməyə məcbur oldu

Amerika və İsrailin Yəmənin qarşısında aciz qalmasının sirri