Bakıda inəklər belə otarılır (Video izlə)

Bakının Binəqədi rayonu ərazisində biabırçı mənzərə hökm sürür. 

Bakı-Şamaxı yolunun Binəqədi rayonu ərazisində At yalı deyilən ərazidə yol kənarındakı yaşıllıqlarda inəklər otlayır. Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən yaşıllıq zonası mühafizə olunmadığı üçün yolboyu orada inəklərin otladığını görmək mümkündür. Hətta sahibsiz heyvanlar yolun hərəkət hissəsinə də çıxaraq təhlükəli vəziyyət yaradırlar.

Qeyd edək ki, mal-qaranı yollara nəzarətsiz buraxmağa görə İnzibati Xətalar Məcəlləsində məsuliyyət nəzərdə tutulur. Ümid edirik ki, Binəqədi rayon İcra Hakimiyyəti və Dövlət Yol Polisi İdarəsi məsələni nəzarəti götürərək biabırçı mənzərəni və təhlükəni aradan qaldıracaq.

Related posts

Bakının mərkəzində qeyri-adi qəza: Maşın mağazaya girdi – VİDEO

Neftçalada üzərində güllə izi olan insan sümüyü tapıldı – FOTO

Viza düzəltmək adı ilə 200-dən çox şəxsi aldadan qadın həbs edildi – FOTO