Seyid Həsən Nəsrullah: İran sadiq müttəfiq olduğunu bir daha sübut etdi

Qafqaztimes xəbər verir ki, Əl-Mayadin telekanalına görə, Livan Hizbullah hərakatının baş katibi Seyid Həsən Nəsrullah İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian və onu müşayiət edən nümayəndə heyəti ilə görüşüb və Livan böhranının həllində verdiyi dəstəyə görə İrana təşəkkür edib.

O, deyib: “İran, dostlarını çətin vəziyyətdə buraxmayacaq sadiq bir müttəfiq olduğunu sübut etdi.”

Livandakı kritik vəziyyətə toxunan Nəsrullah əlavə edib: “Livanın əməkdaşlıqlarla mövcud çətin vəziyyətdən çıxmasına böyük ümidlər vardır.”

İranın xarici işlər naziri bu görüşdə Livanı bütün sahələrdə dəstəkləmək barədə İranın qəti mövqeyini bir daha vurğulayıb.

Əmir Abdullahian Livana səfəri zamanı Livan prezidenti, xarici işlər naziri və parlament sədri kimi bir çox Livan rəsmiləri ilə də görüşlər keçirib.

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir

İmam Xamenei: Nüvə və insan haqları bəhanədir / Amerika İslam Respublikasının imkanlarından narahatdır