Ali-Xəlifə qüvvələri Manamadakı anti sionist nümayişləri dağıdıb + Video

Qafqaztimes xəbər verir ki, Bəhreyn mediası cümə günü günortadan sonra Bəhreyn xalqının Manamanın müxtəlif bölgələrində sionist rejimlə münasibətlərin normallaşmasına etiraz etdiklərini bildirib.

Bəhreynin Əl-Vefaq partiyasının xəbər saytı aksiyanın Ali-Xəlifə qüvvələrinin sərt təhlükəsizlik tədbirləri ilə qarşılaşdığını bildirib.

Məlumata görə, insanların anti-sionist və normallaşma əleyhinə şüarlar səsləndirməsindən sonra Bəhreyn təhlükəsizlik qüvvələri etirazçıları dağıdıb.

Bəhreyndə sionist rejimlə münasibətlərin normallaşmasına qarşı xalq etiraz dalğası, İsrailin xarici işlər naziri Yair Lapidin İsrail səfirliyinin açılışı üçün Manamaya səfərindən sonra ölkədə daha da şiddətlənib.

Qeyd edək ki, bu ayın doqquzunda İsrailin xarici işlər naziri bəhreynli həmkarının dəvəti ilə Manamaya səfər etmiş, vəliəhd və Bəhreyn kralı da daxil olmaqla yüksək vəzifəli şəxslərlə görüşmüşdür.

İsrailin xarici işlər naziri və bəhreynli həmkarı müxtəlif sahələrdə bir neçə strateji müqavilə imzalamış və iki tərəf arasında yeni hava yolunun açılışında iştirak etmişlər.

Related posts

İran: Müsəlman ölkələrinin Qəzzə müharibəsindəki mövqeyi tarixə yazılır

Qəzzada kütləvi məzarlıqlar…

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO