QafqazTimes xəbər verir ki, Hizbullahın baş katibi bir mətbuat konfransında Tel-Əvivdə keçirilən Bney Brak əməliyyatı barədə danışıb.
Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah çərşənbə günü keçirdiyi mətbuat konfransında deyib: “Təl-Əvivdə keçirilən Bney Brak əməliyyatı İsrail işğalçılarına vurulan bir sillədir. Fələstin torpağında İsrail işğalçıları üçün yer yoxdur.”
O, həmçinin bildirib: “Müqavimət əməliyyatlarının güclənməsi göstərir ki, Fələstin xalqı gec-tez öz torpaqlarını azad edəcəkdir. Münasibətləri normallaşdırmaq üçün keçirilən görüşlər, iclaslar işğalçılara təhlükəsizlik və sabitlik gətirə bilməz. Bu, Fələstin xalqının qərarını heç vaxt dəyişməyəcək.”
Qeyd edək ki, Təl-Əvivin şərqindəki Bney Brakda fələstinlilərin anti-sionist əməliyyatı nəticəsində 5 israilli mühacir öldürülüb, 6-sı isə yaralanıb.