“Quş Etsion” yaxınlığındakı anti sionist əməliyyatında 4 sionist yaralanıb + Video

QafqazTimes xəbər verir ki, sionist rejimin xəbər mənbələri İordan çayının qərb sahilində fələstinlilərin keçirdiyi cihad əməliyyatı nəticəsində 4 sionistin yaralandığını bildiriblər.

İbrani dilli “Makur Rişon” xəbər saytı “Quş Etsion” ərazisi yaxınlığında bir avtobusun içərisində soyuq silahla edilən hücumda 4 sionistin yaralandığını bildirib.

İsrail mənbələri bildiriblər ki, cihad əməliyyatının icraçısı “Quş Etsion” ərazisi yaxınlığında sionistlər tərəfindən güllələnərək şəhid edilib.

Məlumatlara görə, Beytlehemin cənubunda “Quş Etsion” yaxınlığında keçirilən anti-sionist əməliyyatın icraçısı Nəzzal Cəafirə adlı fələstinli gənc olub.

Cümə axşamı, səhər isə İordan çayının qərb sahilinin şimalında iki fələstinli sionist yaraqlıları tərəfindən şəhid edilmiş, daha 7 nəfər isə yaralanmışdır.

Related posts

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

ABŞ beynəlxalq məhkəməni hədələyir!

Yəhudilər qaçır!