Seyid Həsən Nəsrullah: Biz Amerikanın bütün təkliflərini rədd etdik

QafqazTimes xəbər verir ki, Əl-Məyadin telekanalı Hizbullahın yaranmasının 40-cı ildönümü münasibəti ilə Hizbullahın baş katibi Seyid Həsən Nəsrullah ilə təxminən iyirmi il əvvəl olan müsahibəni yayımlayıb.

Hizbullahın baş katibi bu müsahibəsində açıqlayır ki, 2000-ci ildə Cənubi Livan və Qərbi Beqaanın azad edilməsindən sonra ABŞ dəfələrlə Hizbullaha sionist rejimlə müharibə vəziyyətindən çıxmağı təklif edib.

Seyid Həsən Nəsrullah bildirib ki, amerikalılar onlara deyirdilər: “Siz Livanın cənubunu azad etdiniz və Şəba tarlalarının məsələsi diplomatiya yolu ilə həll oluna bilər.”

Hizbullahın baş katibi daha sonra Amerikanın təklifinə toxunaraq deyir ki, bu təkliflər “sionist zindanlarında livanlı məhbuslar üçün həll yolunun yaradılması, Hizbullahın siyasi rolunun tanınması, bu hərəkatın Livan hökumətinə daxil olması və azad edilmiş ərazilərin yenidən qurulması üçün böyük maliyyə yardımı” barədə olmuşdur.

Seyid Həsən Nəsrullah əlavə edir ki, ABŞ-ın təklifləri arasında “Hizbullahın adının terror siyahısından çıxarılması” da olmuşdur.

Hizbullahın baş katibi həmçinin qeyd edir ki, ABŞ həmçinin bu hərəkatdan Fələstin intifadasınə dəstəyini dayandırmağı xahiş edib, çünki bu hərəkat onlara pul, silah, hərbi təlim və təcrübə mübadiləsi ilə dəstək verir.

Seyid Həsən Nəsrullah daha sonra deyir: “Hizbullah Amerikanın bütün təkliflərini qəti şəkildə rədd etdi, çünki bu hərəkat Fələstin xalqına öz torpaqlarını azad etməkdə kömək etmək istəyir və İsrail Livan üçün birbaşa təhdiddir.”

Related posts

Qəzza…

Dünyanı kim qarışdırır?

Qərbdə Həmasa dəstək