Seyid Həsən Nəsrullah: Biz əsla müharibədən qorxmuruq və təhdidlərə boyun əymirik!

QafqazTimes xəbər verir ki, Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah İran İslam İnqilabının şanlı qələbəsinin ildönümü ərəfəsində Əl-Aləm telekanalına verdiyi eksklüziv müsahibəsində regionda və dünyada baş verən son hadisələri təhlil edib.

Bu müsahibədə qeyd olunan ən mühüm məqamlar bunlardır;

-Bu gün İran İslam Respublikası İslam dünyasında və bütün dünyada müstəqillik və azadlıq simvoludur.

-Çoxları bölgədə xarici səfirliklərdən asılı olduqları halda müstəqillik və suverenlikdən danışırlar.

-İran İslam Respublikası bu gün böyük bir regional gücdür, onu görməzsən gəlmək və ya onunla asanlıqla mübarizə aparmaq mümkün deyildir.

-İran şah dövründə ABŞ tərəfindən idarə olunurdu və müxtəlif sahələrdə 60.000-dən çox amerikalı məsləhətçi orada fəaliyyət göstərirdi.

-Məhz İslam İnqilabı İsraili və ABŞ-ı İrandan qovub çıxartdı.

-Həqiqi İslam zülmün və cinayətin qarşısında duran İslamdır və Amerika bunu qəbul etmir.

-Birləşmiş Ştatlar İranın İslami sistemi ilə düşmənçilik edir, çünki bu, zülmü qəbul etməyən müstəqil və suveren bir sistemdir.

-Bir çox başqa ölkələrə də İslam ölkəsi deyilir və onların xalqları müsəlmandırlar, lakin bu ad yalnız gözdən pərdə asmaq üçündür.

-ABŞ İrana qarşı müharibədən yalnız İranı qorxutmaq və ona təzyiq etmək üçün danışır.

-İran güclü və suveren bir ölkədir və ABŞ onunla müharibədən qorxur.

-ABŞ İranın sülhməramlı nüvə proqramını əngəlləmək imkanına malik deyildir.

-Əgər İsrail İrana hərbi hücuma keçərsə, İranın cavabı çox sərt olacaq və israillilər məhz İranın bu cavabından qorxurlar.

-İşğalçı rejim “Hizbullah”ın raketlərini məhv etmək istədiyini deyir. Bu məqsədi həyata keçirmək üçün onların genişmiqyaslı müharibəyə ehtiyacı vardır.

-İsrail rejimi heç vaxt Hizbullaha qarşı müharibə yolu ilə öz məqsədinə çata bilməyəcək.

-İsrail rejimi Hizbullaha qarşı müharibədə qalib gələcəyinə əmin olsaydı, bir an belə tərəddüd etməzdi.

-Biz əsla müharibədən qorxmuruq və təhdidlərə boyun əymirik.

-İsraillilərin son zamanlar danışdıqları ən mühüm mövzu Hizbullahın hava hücumundan müdafiə sistemi məsələsidir.

-Biz son iki il ərzində İsrailin pilotsuz təyyarələrini zərərsizləşdirmək və onların təhlükəsinin qarşısını almaq üçün müqavimətin hava hücumundan müdafiə sistemlərini işə saldıq.

-Müqavimətin yanaşması İsrailin təhdidlərinə qarşı istənilən silahdan istifadə etməkdir.

-Son iki il ərzində demək olar ki, İsrailin hava manevrləri çox azalıb, məsələn İsrail pilotsuz təyyarələrinin gündəlik manevr etdiyi Biqa vadisində artıq bir neçə aydır ki, onlar gözə dəymirlər.

-Biz Livanda Amerikanın dağıdıcı siyasi, iqtisadi nüfuzu ilə üz-üzəyik.

-ABŞ-ın Livana siyasi və iqtisadi təzyiqi heç vaxt Hizbullahın mübarizəsinə mane olmayacaqdır.

-Amerikalılar dəfələrlə Hizbullahla görüşmək arzusunda olublar.

-Beyrutdakı ABŞ səfirliyi MKİ-nin bütün bölgədəki qərargahıdır.

-Biz İsrailin varlığını tanımırıq və buranı Fələstin torpaqları hesab edirik.

-Hizbullah Livan hökumətinin düşmən İsraillə normallaşma, əməkdaşlıq və ya işbirliyi ilə bağlı hər hansı ehtimala qarşıdır.

-Normallaşmanın əsas hədəfi Fələstin xalqını ümidsizlik və məyusluq içərisində buraxmaq və nəhayət onları öz hüquqlarından əl götürməyə məcbur etməkdir.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya