21-22 Bəhmən hadisələri

QafqazTimes.com İrdc-ə istinadən xəbər verir: Şəmsi 1357-ci (m.1979) il, 21-22 bəhmən günləri İslam İnqilabı tarixinin çox mühüm günləridir. Bu iki gündə nə baş verib?

21 Bəhmən:

Günortadan sonra şah qüvvələri ilə xalq arasında qarşıdurmalardan sonra Yeni Tehran polisi xalqın nəzarətinə keçdi. Bunun ardınca polis şöbələri bir-birinin ardınca ələ keçirildi. Şəhidlər vardı.

Tehran hərbi komandanı komendant saatını gecə 12:00-dan günortadan sonra 4:30-adək uzatdı.

Gecə Tehran Hava Qüvvələrində çaxnaşmadan sonra xalq qərargaha daxil olub, silahları ələ keçirdi.

22 Bəhmən:

Şah rejimi hərbi çevriliş planını həyata keçirmək istəyirdi. Hərbi komendant göstəriş vermişdi ki, bütün inqilab fəalları həbs edilib, şəhərdən çıxarılsın. Siyahıda İmam Xomeyni, Ayətullah Taleqani, Mühəndis Mehdi Bazərqanın adı öndə gəlirdi.

İmam Xomeyni komendant saatını rədd edib xalqa bildirdi ki, hərbi hökumət İslama ziddir və xalq tabe olmasın. İmam Xomeyni Komitəsi qərargahının rəhbərliyi ilə aksiyalar gücləndi və hərbi hökumət planı pozuldu. Tehran küçələrində qurulan barrikadalarda on minlərlə insan vardı. İmam onun adından yayılan şayiələrə son qoymaq üçün elan etdi ki, mən sözümü özüm deyirəm, heç bir sözçüm yoxdur.

Qəzvin zirehli polku Tehrana doğru hərəkət etdi. Xalq yolları bağladı, döyüşlər şiddətləndi. Xalq tele-radio şirkətindən SAVAK-ın binasınadək mühüm obyektləri ələ keçirdi.

Şah rejiminin baş naziri Bəxtiyar istefa məktubunu Bazərqana göndərdi.

Related posts

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

Bayden: Universitet antisemitizm məkanı deyil

İraq üçüncü dəfə sionist rejimin bir mövqeyini hədəfə aldı