Serbiyada qatar relsdən çıxdı: 50-dən çox insan zəhərləndi (Video ilə)

Serbiyanın cənub-şərqində ammonyak daşıyan qatar relsdən çıxıb. Qəza ammonyakın sızmasına və böyük miqdarda qazın atmosferə buraxılmasına səbəb olub.

Bu barədə yerli hakimiyyət orqanlarından xəbər verilib.

Bildirilir ki, hadisə nəticəsində onlarla sakin zəhərlənib.

“Ammonyak sızması nəticəsində 51 zəhərlənmə hadisəsi qeydə alınıb. Yeddi nəfər Nişdəki xəstəxanaya çatdırılıb”, – deyə Pirot şəhərinin meri Vladan Vaşiç bildirib.

Yerli hökumət nümayəndələri sakinlərdən evlərini tərk etməməyi xahiş edir.

Related posts

Messi və yoldaşlarının maaşları bəlli olub –

Hindistanda azı şiddətli ildırımlar: Ölənlər var – FOTO

Romada dəbdəbəli mağazalara kütləvi şəkildə boya töküblər – FOTO