SEPAH sözçüsü: Səhv etsəniz, işğal olunmuş bütün əraziləri itirəcəksiniz

QafqazTimes xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun sözçüsü Ramazan Şərif ötən gün çıxışı zamanı ABŞ prezidenti Co Baydenin İsrail və Səudiyyə Ərəbistanına son səfərinə toxunaraq deyib: “Bayden bu səfərləri zamanı əhəmiyyətsiz şeylər söylədi və dünya buna güldü. Çünki bütün dünya bu sistemin(İslam Respublikasının) imkanlarını və Amerikanın zəif tərəflərini bu 43 ildə yaxşı müşahidə edib.”

İslam İnqilabı Keşikçiləri Korpusunun sözçüsü bildirib: “İnqilabın rəhbəri Rusiya prezidentinə ilk dəfə olaraq sionistlərə qarşı verdiyi bəyanatlara görə təşəkkür etdi.”

O, deyib: “Bu gün sionistlər bəzən xam xəyallara qapılaraq deyirlər ki, bizim hərbi variantımız masa üzərindədir. Onların cavabında deməliyik ki, Amerika və Sovet İttifaqı kimi sizdən də böyük qüdrətlər bütün potensiallarını İraq BƏƏS rejiminin ixtiyarına qoydular, lakin şəhidlərimiz hərbi sahədə onların hamısının heysiyyətini aradan apardı.”

İslam İnqilabı Keşikçiləri Korpusunun sözçüsü rejim düşmənlərinə deyib: “Bu gün siz öz qınınızdan çıxmağa cəsarət etmirsiniz, o zaman niyə boş sözlər danışırsınız? Təyyarələriniz İslam Respublikasının təhlükəsiz səmasında görünməyə cəsarət edirmi?!”

O, belə əlavə edib: “Sionistlər İran İslam Respublikasını təhdid etməyə çox çalışırlar, lakin biz buradan qəsbkar İsrail rejiminə elan edirik ki, əgər səhv etsəniz, elə bir dərs alacaqsınız ki, bu işğal etdiyiniz 27 min kvadrat kilometri əbədi olaraq itirəcəksiniz! Buna şəkk etməyin.”

Related posts

Şahin Mustafayev və İran səfiri arasında görüş olub

General-mayor Salami: Aralıq dənizinin şərqini düşmən  yolunu kəsəcəyik

Bu il həcc…