SEPAH rəsmisi: Düşmənin bölgəmizə müdaxiləsinə kömək edənlər bunun əvəzini ödəyəcəklər

QafqazTimes xəbər verir ki, İran İslam Respublikasının Xatəmül-Ənbiya (s) mərkəzi qərargahının komandanı general-mayor Qulam Əli Rəşid İran İslam İnqilabı Keşikçiləri Korpusunun quru qüvvələri komandirləri və rəsmilərinin Məşhəddə keçirilən illik toplantısında çıxış edərkən vurğulayıb: “İranın təhlükəsizliyi qonşularının təhlükəsizliyidir və biz onların təhlükəsizliyini öz təhlükəsizliyimiz hesab edirik. Eyni zamanda, hegemon güclərin bölgəyə müdaxiləsi üçün zəmin yaradan və onlara baza, məkan və torpaq verən və bölgə xalqlarına qarşı hərbi ittifaq yaradan istənilən ölkəyə biz ilk addımda etdiyi dostluğa zidd və təxribatçı davranışının əvəzini ödəyəcəyi ilə bağlı xəbərdarlıq edirik.”

Xatəmul-Ənbiya Mərkəzi qərargahın komandiri (s.ə) deyib: “Biz bütün qonşularımızla qardaşlıq və yaxşı münasibət qurmağa çalışırıq və məqsədimiz bölgədə sülh və əmin-amanlıq içində və izzətlə yaşamağı davam etdirməkdir.”

O, əlavə edib: “Şərəfli millətin izzətli varlığını və əziz İranın ərazi bütövlüyü və müstəqilliyini qoruyub saxlamaq, İran İslam Respublikası silahlı qüvvələrinin qırmızı xəttidir.”

General-mayor Rəşid SEPAH quru qüvvələri komandirlərinin toplantısında bu qüvvəni SEPAH təşkilatının əsas bünövrəsi kimi səciyyələndirərək deyib: “Müharibədən sonrakı son otuz il ərzində İran İslam İnqilabı Keşikçiləri Korpusunun quru qoşunları İslam Respublikasının sərhədlərini və şəhərlərini əks-inqilabi təhdidlər və təkfirçi qruplara qarşı var gücü ilə qoruyub.”

Related posts

Fatimeyi-Zəhranın (s) davamçısı olmaq

Yəmən Amerikanın F-18 qırıcısını vurdu. Amerika-İngiltərə qüvvələri geri çəkilməyə məcbur oldu

Amerika və İsrailin Yəmənin qarşısında aciz qalmasının sirri