Nəsrullah: Əgər Livan öz haqqını ala bilməsə, sionist rejimin neft-qaz çıxarmasına icazə verilməyəcək

QafqazTimes xəbər verir ki, Hizbullahın baş katibi Seyid Həsən Nəsrullah din alimlərinin iştirakı ilə keçirilən illik Aşura iclasında çıxışı zamanı vurğulayıb ki, Livan neft və qaz ehtiyatlarının çıxarılması haqqını əldə etməsə, sionist rejim heç bir halda bütün işğal olunmuş Fələstində neft-qaz ixracına nail olmayacaq.

“Əl-Əxbar” xəbər agentliyinin məlumatına görə, o, əlavə edib: “Biz müharibəyə gedəcəyimizə əmin deyilik, ola bilsin məhdud hədəflərin vurulması və ona müvafiq cavabların şahidi olduq. Məsələ İsrailin müharibəyə səbəb ola biləcək cavabından asılıdır. Amma digər tərəfdən, İsrailin müharibəsiz də təslim olması mümkündür.”

Nəsrullah daha sonra bildirib: “Müharibəyə gedə bilərik, getməyə də; Bizim cəbhə (müharibə) açmaq niyyətimiz yoxdur, biz sadəcə öz haqqımızı istəyirik. Əgər bəzi insanların (Livanda) həlli təslim olmaqdırsa, biz bunu heç vaxt qəbul etməyəcəyik. Livan böyük güzəştlər etsə də, indiyə qədər amerikalı vasitəçi sərhədlərin müəyyən edilməsi danışıqlarında müsbət bir cavab əldə etmədi və ən azından Livanın istədiyinə nail olunmadı. Ümid edirik ki, biz güllə, raket atmadan düşmən təslim olacaq. Biz hadisələrin inkişafını gözləyirik və hər şeyə hazırıq.”

Related posts

Qəzzada kütləvi məzarlıqlar…

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

ABŞ beynəlxalq məhkəməni hədələyir!