Saraya əl-Qüds: Düşmənin cinayətləri bizim cihad əməliyyatlarımızı artıracaq

QafqazTimes xəbər verir ki, Fələstin İslami Cihad hərəkatının hərbi qolu olan Saraya əl-Qüdsün sözçüsü Əbu Həmzə bu gün (cümə) günortada saatlarında müqavimətin sionist düşmənlə qarşıdurmaya hazır olduğunu vurğulayıb.

“Saraya əl-Qüds”ün rəsmi internet saytında dərc olunan bəyanata əsasən, Əbu Həmzə dünən müqavimət qüvvələrinin sionist yaşayış məntəqələrinə raket hücumuna toxunaraq, vurğulayıb: “Cümə axşamı səhər tezdən verilən mesaj müqavimətin hazırlığını və daimi sayıqlığını, düşmənlə üz-üzə gəlmək və onun cinayətləri ilə mübarizə aparmaq üçün döyüş meydanındakı mövqe və addımlarının bütövlüyünü göstərdi.”

O, əlavə edib: “Mübarizənin sabitliyi Allahın izni ilə davam edir və düşmənin xalqımıza qarşı cinayətləri müqaviməti daha çox cihad əməliyyatları etməyə sövq etdirəcək.”

Əbu Həmzə sonda deyib: “Allah şəhidlərimizə rəhmət eləsin. Müqavimətlə əhdlərini təzələmək, inqilabın çağırışına “ləbbeyk” demək və müqavimətin kənarında olduğunu vurğulamaq üçün meydanlara çıxan xalqımıza salam olsun!”

Qeyd edək ki, Qəzzə zolağında yerləşən müqavimət qrupları sionist rejimin cinayətlərinə cavab olaraq cümə axşamı səhər tezdən sionist yaşayış məntəqələrinə 6 raket zərbəsi endiriblər.

Sionist “Kan” kanalı bu hücumların ardınca Aşkelondakı dəhşətli partlayış səsindən sonra sionistlərin sığınacaqlara pənah apardıqlarını bildirib.

Related posts

Yəhudilər qaçır!

Sionist rejim ordusu Həmasla razılığa gəlmək üçün mövqelərindən çəkilir

Qəzza…