Sara Netanyahu Qətər əmirinin anasına məktub yazıb

Sionist rejim baş nazirinin həyat yoldaşı dünən (11 mart) Qətər əmirinin anasına məktub ünvanlayaraq israilli girovların azad olunması istiqamətində öz nüfuzundan istifadə etməyi xahiş edib.

Əl Aləm telekanalının məlumatına əsasən, Sara Netanyahu Muze Bint Nasirə məktub yazaraq mübarək Ramazan ayı münasibətilə israilli girovların azad olunmasına kömək etməsini xahiş edib.

Məlumata görə Sara Netanyahu məktubda baş nazir Benyamin Netanyahunun girov mübadiləsi müzakirələrində cığallığını nəzərə almadan mübarək Ramazan ayının rəhmət və bağışlanma ayı olduğu üçün əsirlərin geri qaytarılmasında öz nüfuzundan istifadə etməsini istəyib.

Məktubda deyilir: Bu məktub diplomatic dünyadan uzaq bir istək, insani və müştərək dəyərləri olan bəşəriyyət dünyasının bir xahişidir. Bu əziz ayda sizdən öz nüfuz və etibarınızdan israilli girovların azadlığı üçün istifadə etmənizi, onların öz evlərinə qayıtması üçün vasitə olmanızı rica edirəm.

S.Netanyahu həmçinin bu məktubda israil hərbçilərinin həbsdə olan 31 min fələstinliyə verilən işgəncələrini xatırlamadan yazıb: Biz şərəfi və canı təhlükədə olan israillilərin əsir düşməsini süktla qarşılayıb əli-qolu bağlı rahat otura bilmərik.

Xatırladaq ki, Sara Netanyahu bu məktubu israilli girovların ailələri ilə görüşdən imtina etdiyi bir zamanda yazılıb.

Related posts

Sionist qəsəbə sakinləri Qəzzə humanitar yardım maşınlarının qarşısını alıb

Sionist rəsmi: İsrail 100 illik yubileyinə çatmayacaq

16 il fasilədən sonra Əl Qəssam-Gyuati qarşılaşdı