“Sanksiyaları dəf etmək üçün ciddi-cəhdlə çalışacağıq”

İran İslam Respublikası xarici işlər naziri xarici ölkələrdə fəaliyyət göstərən nümayəndəlik başçıları ilə görüşündə son zamanlarda tətbiq edilən sanksiyalara sinə gərib onları dəf etmək üçün bütün səylərin göstəriləcəyini deyib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Hüseyn Əmir Abdullahian dünən axşam diplomat və səfirlərlə görüş-seminarında Aliməqam Rəhbərin “izzət, hikmət və məsləhət” amilləri prinsipləri çərçivəsində xarici siyasətin davam etdiriləcəyini və bu amillər vasitəsilə sanksiyaların dəf olunacağını vurğulayıb.

Abdullahian prezident İbraim Rəisinin təkidlə yanaşdığı xarici işlər nazirliyinin üzərinə düşən ağır məsuliyyətlərə işarə edərək deyib: Beynəlxalq əlaqələri qorumaq bizim və xarici ölkələrdə fəaliyyət göstərən səfir və diplomatların əsas vəzifəsidir.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya