Batan gəmidə ölənlərin kəşfiyyat agentləri olduğu üzə çıxdı – FOTO

Mayın 28-də axşam saatlarında İtaliyanın şimalındakı Maggiore gölündə batan gəmidə həlak olanların şəxsiyyətləri müəyyən edilib.

Qəza zamanı həyatını itirən 4 nəfərdən 2-nin İtaliya kəşfiyyatçıları, birinin isə İsrail təhlükəsizlik qüvvələrinin nümayəndəsi olduğu üzə çıxıb.

Göldəki gəmi qəzası ilə bağlı ilkin məlumatlarda ölənlərin doğum gününü qeyd etmək üçün bir araya gələn turistlər olduğu bildirilsə də, İtaliya mətbuatında “007-lərin gəmi qəzası” başlıqlı xəbərlər gəmidəkilərin italyan və İsrail kəşfiyyatçıları olduqlarını üzə çıxarıb.

Bildirilib ki, həyatını itirənlərdən 62 yaşlı Klaudio Alonzi və 53 yaşlı Tiziana Barnobi İtaliya İnformasiya və Xarici Təhlükəsizlik Agentliyinin (AISE) əməkdaşları olublar. Ölən israillinin isə 53 yaşlı təqaüddə olan təhlükəsizlik işçisi Şimoni Erez olduğu müəyyən edilib. Gəmi qəzasında həyatını itirən digər şəxsin də kruiz gəmisinin kapitanının həyat yoldaşı, İtaliyada yaşamaq icazəsi olan 50 yaşlı Rusiya vətəndaşı Anna Bojkova olduğu bildirilib.

Xəbərlərdə 16 metr uzunluğundakı gəminin 15 nəfər tutumunun olduğu, hadisə zamanı qayığa 20-dən çox adamın toplaşdığı qeyd edilib.

Sözügedən 4 nəfərin batan qayıqdan çıxa bilmədiyi üçün həyatını itirmiş ola biləcəyi vurğulanıb.

Həmçinin fəlakətdən sağ çıxan digər israillilərin hərbi təyyarə ilə Təl-Əvivə qayıtdıqları nəzərə çatdırılıb.

Rəsmi qaynaqlara söykənməyən bir iddiaya görə, İsrail kəşfiyyatçılarının sənəd dəyişdirilməsi üçün İtaliyaya gəlmiş ola biləcəyi, ancaq geri dönüşdə təyyarələrinə gecikdikləri üçün səfərlərini 2 gün daha uzatmağa qərar vermiş ola biləcəkləri deyilir. Eyni zamanda gəmi səfərinin də sonradan planlaşdırıldığı iddia edilib.

Related posts

Messi və yoldaşlarının maaşları bəlli olub –

Hindistanda azı şiddətli ildırımlar: Ölənlər var – FOTO

Romada dəbdəbəli mağazalara kütləvi şəkildə boya töküblər – FOTO