Salman Rüşdiyə hücum edən şəxs haralıdır?

QafqazTimes xəbər verir ki, Livanın cənubundakı Yaron bölgəsinin yerli rəsmilərindən olan Əli Qasim Töhfə Livanın Əl-Nəşrə xəbər saytına verdiyi müsahibədə İslam Peyğəmbərini(s) təhqir edən Salman Rüşdiyə hücum edən Hadi Mətarın Livan mənşəli olduğunu bildirib.

Əli Qasim Töhfə bu barədə deyib: “Dünən Salman Rüşdini bıçaqla vuran gənc Hadi Mətarın valideynləri Yaron bölgəsindəndir. Amma Hadi Amerikada doğulub və orada yaşayıb və heç vaxt Livana gəlməyib.”

Yaron bələdiyyə sədri əlavə edib: “Bu bölgənin əhalisi xəbərləri media vasitəsilə izləyir və onların heç biri gənc Hadi Mətarı tanımır.”

Bundan əvvəl ABŞ-ın Nyu Cersi Polis Komandanlığı Nyu Cersi sakini 24 yaşlı Hadi Mətar adlı gəncin Salman Rüşdiyə soyuq silahla hücum etdiyini açıqlamışdı.

Dünən Amerika mediası Salman Rüşdinin 12 avqust 2022-ci il, cümə günü (yerli vaxtla) səhər saat 11:00-da Qərbi Nyu Yorkdakı Chautauqua Mərkəzində çıxış edərkən hücuma məruz qaldığını bildirmişdir.

1988-ci ildə “Şəytan ayələri” romanının nəşrindən sonra Salman Rüşdi müsəlmanların qəzəbinə düçar olmuşdu. Bu səbəbdən o, ciddi təhlükəsizlik şəraitində gizli həyata üz tutmuşdu. Bu kitabın nəşrindən sonra İmam Xomeyni (r.ə) onun “mürtəd” olmasına fətva vermişdi.

“Şeytan ayələri” kitabının nəşrinə zəmin hazırlayan İngiltərə hökuməti çoxlu pul xərcləyərək onun həyatını qorumaq məsuliyyətini öz üzərinə götürmüşdür.

Related posts

Misir: Həmas-İsrail müzakirəsi ilk gündə nəticə vermədi

İran: Müsəlman ölkələrinin Qəzzə müharibəsindəki mövqeyi tarixə yazılır

Qəzzada kütləvi məzarlıqlar…