Sabirin News: İraqda bir Amerika zabiti öldürülüb

Qafqaztimes xəbər verir ki, Sabirin News telegram kanalı çərşənbə axşamı İraqda bir ABŞ əsgərinin öldürüldüyünü bildirib.

Bu məlumata görə, İraqın paytaxtı Bağdadda ABŞ Mərkəzi Komandanlığının yüksək rütbəli zabiti qətlə yetirilib.

Bu hərbiçinin müəmmalı şəraitdə öldürüldüyünü qeyd edən Sabirin News bunun iki gün əvvəl baş verdiyini əlavə edib.

ABŞ Mərkəzi Komandanlığı hələki bu xəbərə cavab verməmiş və bu hadisəni təsdiq və ya təkzib etməmişdir.

ABŞ Mərkəzi Komandanlığı (Centcom) Birləşmiş Ştatların Silahlı Qüvvələrinin altı qərargahından biridir və hazırda bu qərargahın mərkəzi ABŞ-ın Florida ştatındakı Makdeyl Hərbi Hava Qüvvələri bazasında yerləşir.

Related posts

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

ABŞ beynəlxalq məhkəməni hədələyir!

Yəhudilər qaçır!