QafqazTimes xəbər verir ki, əvvəllər ordunun mərkəzi komandanlığında xidmət edən və hazırda “İsrailin təhlükəsizliyi üçün komandirlər” adlı qeyri-hökumət hərəkatının üzvü olan İsrail ordusunun üç sabiq komandiri İordan çayının qərb sahilində davam edən zorakılıqların nəticələri barədə xəbərdarlıq ediblər.
Hərəkat 2014-cü ildə yaradılıb və üzvləri ordunun, Təhlükəsizlik və İctimai Kəşfiyyat Xidmətinin (Şabak), polisin və Mossadın keçmiş komandirlərindən ibarətdir. Hərəkat fələstinlilərlə münaqişənin iki dövlət prinsipinə əsaslanan siyasi həll yoluna çalışır .
Sionist “Haaretz” qəzetinin məlumatına görə, üç sabiq ordu komandiri vurğulayıblar ki, sionist sakinlərin zorakılıqları İsrail ordusunun müdafiə gücünün zəifləməsinə səbəb olacaqdır.
Onlar həmçinin bildiriblər ki, sionist köçkünlər mütəşəkkil kollektiv zorakılıqdan istifadə edərək hökumətin suverenliyinə və onun qanunlarına xələl gətirirlər.
Livanın Əl-Nəşrə saytının məlumatına görə, İsrail ordusunun keçmiş komandirləri belə əlavə ediblər: “Zorakılığın həlli üçün beynəlxalq səylər kritik mərhələyə çatıb və bütün tərəflər, o cümlədən düşmən və dost, xüsusilə ABŞ hökuməti və Konqresi və ABŞ-dakı yəhudi azlığı tərəfindən tənqidə məruz qalıb.”