Çin: ABŞ Əfqanıstanın yaralarına duz səpmək əvəzinə maliyyə aktivlərini azad etsin

QafqazTimes xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin mətbuat konfransında Əfqanıstan xalqına rəğbətini ifadə edərək, bu ölkədəki mövcud böhranın səbəblərini açıqlayıb: “ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasına baxmayaraq, 20 illik hərbi işğalın mənfi nəticələri artmaqda davam edir.”

O, Əfqanıstandakı “böhran”a görə ABŞ-ı günahlandıraraq deyib: “Birləşmiş Ştatlar təkcə Əfqanıstanı məsuliyyətsiz tərk etməklə kifayətlənməyib, həm də Əfqanıstan xalqının iqtisadi vəziyyətini və güzəranını pisləşdirmək üçün Əfqanıstana birtərəfli sanksiyalar tətbiq edib.”

Çin Xarici İşlər Nazirliyinin yaydığı bəyanata görə, Venbin əlavə edib: “Biz ABŞ-ı səhvləri ilə baş başa qalmağa, düşünməyə, beynəlxalq məsuliyyətlərini üzərinə götürməyə, Əfqanıstanın maliyyə aktivlərini azad etməyə və birtərəfli sanksiyaları ən qısa zamanda ləğv etməyə çağırırıq. Əfqan xalqının yaralarına duz səpmək əvəzinə onlara dəymiş ziyanı ödəməyə çalışın.”

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin bundan əvvəl ABŞ-ın Əfqanıstandakı cinayətlərinə görə məsuliyyət daşımamasını əsas gətirərək bunu insan haqları üzərində silinməz iz adlandırmışdı.

Related posts

ABŞ beynəlxalq məhkəməni hədələyir!

Rusiya Qəzzədəki kütləvi məzarlıqlar barədə araşdırma tələb edir

Kolumbiya prezidenti: Mayın 2-də İsraillə diplomatik əlaqələri kəsəcəyik