Saakaşvili dəli olub?

QafqazTimes.com News-z.info-ya istinadən xəbər verir: Sabiq Gürcüstan prezidenti, hazırda Gürcüstanda həbsdə olan Mixail Saakaşvilinin vəkili müdafiə etdiyi şəxsin psixoloq köməyinə ehtiyaclı olduğunu bildirib. Saakaşvili həbsinə etiraz olaraq başladığı aclıq aksiyasını dayandırandan sonra psixoloji durumu gərginləşib. Vəkil Yevgeni Qruşovetsin sözlərinə görə, Saakaşvilinin zahiri görkəmindən aydındır ki, onu reabilitasiyaya ehtiyacı var. Vəkil deyib: Bu mənim Ukraynada gördüyüm Saakaşvili deyil. Onun psixoloji yardıma ehtiyacı var.

Vəkilin sözlərini Saakaşvilinin anası Qiuli Alasaniya da təsdiqləyib. Oğlunda güclü ruh düşkünlüyü yarandığını deyən ana kömək istəyib.

Related posts

Misir: Həmas-İsrail müzakirəsi ilk gündə nəticə vermədi

İran: Müsəlman ölkələrinin Qəzzə müharibəsindəki mövqeyi tarixə yazılır

Qəzzada kütləvi məzarlıqlar…