Təyyarə magistral yola çırpıldı: Ölənlər var – FOTO/VİDEO

Malayziyada kiçik şəxsi təyyarə qəzaya uğrayıb.

Təyyarə paytaxt Kuala-Lumpurun yaxınlığında yerləşən hava limanına eniş etmək istəyərkən motosiklet və avtomobilə çırpılıb.

Nəticədə azı 10 nəfər həlak olub.

Göyərtəsində altı sərnişin və iki ekipaj üzvünün olduğu “Beechcraft Model 390” (“Premier 1”) yüngül şəxsi biznes-jet təyyarəsi Elmina qəsəbəsi yaxınlığında qəza edib.

Selanqor polis rəisi Hüseyn Ömər Xanın sözlərinə görə, təyyarə idarəetmə qülləsi ilə əlaqəni itirib və avtomobil yolunda motosiklet və avtomobilə çırpılıb.

“Hər hansı təcili çağırış olmayıb, təyyarə eniş icazəsi alıb”, – deyə Hüseyn Ömər Xan qeyd edib.

Hazırda axtarış-xilasetmə əməliyyatı aparılır.

Ölkənin Mülki Aviasiya İdarəsindən bildirilib ki, təyyarə Lanqkavi kurort adasından havaya qalxaraq paytaxt Kuala-Lumpur yaxınlığındakı Selanqorun Sultan Əbdül Əziz Şah hava limanına doğru istiqamət götürübmüş.

Related posts

Nəhəng qum fırtınası insaları vahiməyə saldı – VİDEO

Türkiydə dəhşət: Qonşusunu maşının arxasına bağlayıb sürüdü – FOTO/VİDEO

“WhatsApp” daha bir yeniliklə gəlir – FOTO