Səudiyyənin MBC telekanalı Co Baydeni ələ salıb + Video

QafqazTimes xəbər verir ki, son aylar bəzi KİV-lər Səudiyyə Ərəbistanı ilə ABŞ arasında gərginliyin artdığını bildirdiyi bir zamanda bir Səudiyyə telekanalının Co Baydeni ələ salan addımı qalmaqal yaradıb.

Səudiyyə Ərəbistanının MBC telekanalı bir komediya şousunda ABŞ-ın demokrat prezidentinin fiziki və psixi sağlamlığını ələ salıb. Bu proqramda 79 yaşlı Baydenin çıxışları zamanı buraxdığı səhvlər qabardılıb.

Filmin əvvəlində Co Bayden və ABŞ-ın vitse-prezidenti Kamala Harrisin rolunu ifa edən kişi və qadın aktyorlar səhnəyə daxil olaraq tamaşaçılara əl sallayıblar.

Bu proqramda Səudiyyənin MBC telekanalı dəfələrlə ABŞ prezidentinin etdiyi xətaları gülüş obyektinə çevirərək, ictimai görüşlərdə onun mürgüləməsini də ələ salıb.

Related posts

Franklin: Yəhudilər…

Yəhudilər…

Yəmən: Amerikanın “Abraham” təyyarədaşıyan gəmisini vurduq