Səudiyyə vəliəhdinin sionist rejimlə gizli danışıqları

Qafqaztimes xəbər verir ki, hərbi məsələləri şərh edən StrategyPage internet saytının məlumatına görə Səudiyyə vəliəhdi şahzadə Məhəmməd bin Salman pilotsuz təyyarələrlə mübarizə aparmaq üçün nəzərdə tutulmuş sionist hava hücumundan müdafiə sistemlərinin bir hissəsini almaq barədə müharibə naziri Bani Gantz və İsrailin Hərbi Nazirliyi ilə gizli danışıqlar aparır.

Həmin internet saytının məlumatına görə, Səudiyyə vəliəhdi Yəmən pilotsuz təyyarələrinə qarşı zəif olduğu müəyyən edilən Səudiyyə hava hücumundan müdafiəni yenidən qurmaq üçün “David’s Sling” (Falaxan Dawood) hava hücumundan müdafiə sistemini almağı düşünür.

Saytın məlumatına görə, Səudiyyə hökuməti daha ucuz hava hücumundan müdafiə sistemləri tapmağa çalışır, çünki sistemin hazırda istifadə etdiyi hər raketin qiyməti yarım milyon dollardır.

Beynəlxalq “National Interest” saytı bu yaxınlarda Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sisteminin milyardlarla dollar xərcləməsinə baxmayaraq, faciəvi uğursuzluğu barədə araşdırma aparmışdı.

Related posts

Yəhudilər qaçır!

Sionist rejim ordusu Həmasla razılığa gəlmək üçün mövqelərindən çəkilir

Qəzza…