Səudiyyə rejimində korrupsiya həbsləri

Səudiyyə Ərəbistanı Korrupsiya ilə mübarizə təşkilatı ötən ay korrupsiya ittihamı ilə 142 məmuru həbs edib.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Səudiyyə Korrupsiya ilə mübarizə təşkilatının audit şöbəsi 2364 nəfərin istintaqından sonra 142 məmurun həbsi haqda qərar verib.

Əl-Məvatin internet portalı yazır: 307 istintaq işinin nəticəsində həbs olunan bəzi şəxslər vəsiqə ilə azadlığa buraxılıb.

Bu xəbərə görə Səudiyyə Ərəbistanında iqtisadi korrupsiya, rüşvətxorluq, saxtakarlıq və vəzifədən sui-istifadə faktları aşkarlanıb.

Verilən məlumata əsasən, həbs olunan məmurlar nazirliklər, məhkəmə sistemi, icra hakimləri, tibb və təhsil sektorları, ekologiya işçiləri, vergi departamentinin vəzifəli şəxləridir.

Qeyd edək ki, bu ölkədə korrupsiya həbsləri dövlət müxaliflərinin diqqət mərkəzindədir. Müxalifətin fikrincə ölkədə korrupsiya halları Məhəmməd Bin Salmana etimadsızlıqdan irəli gəlir. Belə ki, ötən illərdə də daxili işlər və müdafiə nazirliyinin yüzlərlə məmuru keçmiş vəliəhd Məhəmməd Bin Nayifin tərəfdarlığı  səbəbinə həbsə məhkum olmuşdular.

Related posts

İsraillə dostluq baha başa gəlir

ABŞ- Narkomanların idarə etdiyi dövlət: Kapitoli binasında kokain tapıldı – FOTO

Allaha inan!