Səudiyyə koalisiyasının təcavüzü nəticəsində 11 min yəmənli işçi həyatını itirdi

Qafqaztimes xəbər verir ki, Yəmən fəhlələrinin Həmkarlar İttifaqı Beynəlxalq Əmək Günü ilə əlaqədar təşkil etdiyi bir mətbuat konfransında Yəmənli işçilərin Səudiyyə-Amerika təcavüzü və son yeddi ildə Yəmənə qarşı davam edən mühasirə nəticəsində yaşadıqları fəlakətli durumu izah edib.

Əl-Məsirə xəbər saytının verdiyi məlumata görə, Yəmən fəhlələrinin Həmkarlar İttifaqı mətbuat konfransında elan edib ki, Səudiyyə koalisiyasının Yəmənə hücumları nəticəsində şəhid olan Yəmənli işçilərin sayı 10.900-ə, yaralıların sayı isə 19.498-ə çatıb.

Həmkarlar ittifaqı belə qeyd edib: “Səudiyyə koalisiyasının müxtəlif həyati əhəmiyyətli obyektlərə və fabriklərə sistematik hücumu və məvaciblərinin kəsilməsi nəticəsində yüz minlərlə işçi öz işlərini itirdi.”

Konfransda bildirilir ki, Səudiyyə koalisiyasının Yəmənə qarşı hücumları və mühasirəsi işsizlik səviyyəsini 65 %-ə, yoxsulluq həddini isə 80%-ə çatdırıb.

Related posts

Siyasi qumarbazlar

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur