İsmayıl Həniyyə: Fələstin dövləti Qüdsüz mümkün deyil

Qafqaztimes xəbər verir ki, Həmasın siyasi bürosunun rəhbəri İsmayıl Həniyyə deyib: “Münasibətlərin normallaşması prosesi gedən bir zamanda Fələstin xalqının bu mübarizənin Qüdsü Fələstinə qaytarmaq uğrunda olduğunu vurğulamaq üçün hərəkət etməsi lazım idi.”

Həniyyə bildirib ki, daxili çəkişmələrə son qoyulmalı və Fələstin həmrəyliyi qurulmalıdır.

Həmasın siyasi bürosunun rəhbəri həmçinin qeyd edib ki, seçkilərin təxirə salınmasının dəlilləri qaneedici deyildir. Fələstin xalqı vəziyyətin dəyişməsini istəyir. Fələstin dövləti Qüdsüz mümkün deyildir.

İsmayıl Həniyyə həmçinin deyib: “Sionist rejimi Qüdsdəki seçkilərin qarşısını alır. Qüds savaşı xalqın və İslam ümmətinin döyüşüdür, məqsəd isə qurtuluşdur. Qüds əhalisi Fələstin amalını gerçək səhnəsinə qaytardı. Qüds əhalisi Fələstin mövzusunda müsəlman xalqların yenidən hərəkətə keçməsinə səbəb oldu.”

O, əlavə edib ki, İordan çayının qərb sahilindən Qüdsdəki qardaşlarına dəstək olmaq üçün gələn soydaşlarımızı da salamlayırıq.

Related posts

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

ABŞ beynəlxalq məhkəməni hədələyir!

Yəhudilər qaçır!