Səudiyyə koalisiyasının Əl-Hudeydə şəhərinin müxtəlif bölgələrindən qəfil geri çəkilməsi

Qafqaztimes xəbər verir ki, bəzi yerli mənbələr Əl-Məyadin xəbər telekanalına bildiriblər ki, Səudiyyə koalisiyası qüvvələri Əl-Hudeydə şəhərinin müxtəlif bölgələrindən Taiz əyalətinin qərb hissəsindəki əl-Maxaya çəkiliblər.

Mənbələr Əl-Məyadin telekanalına bildiriblər ki, Səudiyyə koalisiyasına bağlı qüvvələr əl-Hudeydədəki onlarla mövqedən təəccüblü şəkildə geri çəkiliblər.

Mənbələr vurğulayıblar ki, koalisiya qüvvələrinin Əl-Hudeydədən qəfil geri çəkilməsinun məqsədi böyük ehtimalla Yəmənin istefa vermiş hökuməti və Məribdəki Əl-İslah partiyasının qüvvələrinə kömək etməkdir.

Digər xəbərə görə, “Əl-Bəvvabə Əl-Yəməniyyə Əl-Əxbariyyə” internet saytı Mərbdən cənubda yerləşən Vadi Ubeyda şəhərində Əl-Fələc strateji bölgəsinin azad edilməsi barədə məlumat yayıb.

Məlumata görə, Yəmən qüvvələri Mərib şəhərinin cənub məhəllələrinə yaxınlaşıb və istefa vermiş hökumətin çoxlu sayda qüvvələri şəhər mərkəzinə qaçmağa məcbur olub.

Related posts

İran: ABŞ-la heç bir əlaqəmiz yoxdur

İran əleyhinə yeni qətnaməyə reaksiya

Netanyahunu görən olub? ))