Ərdoğan: Yunanıstan ABŞ-ın bazasına çevrilib

Qafqaztimes xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın baş nazirinin qaçqın böhranında Türkiyəni günahlandıran sözlərinə cavab olaraq deyib: “Qaçqın böhranının Türkiyədən qaynaqlandığını söyləmək həqiqətən nankorluqdur. Yunanıstan sığınacaq axtaranların qayığını deşərək onları ölümə məhkum edən bir ölkədir. Bu barədə bütün sənədlər mövcuddur.”

Ərdoğan ABŞ-ın Yunanıstanın Dədə Ağaç şəhərinə hərbi silah sürsat yerləşdirmək üzrə fəaliyyətini davam etdirməsi ilə bağlı suala cavab olaraq belə deyib: “ABŞ-ın Yunanıstandakı bazalarının sayı o qədər çoxdur ki, onu saymaq mümkün deyil. Bütün bu bazaları bir araya gətirəndə belə bir mənzərə yaranır ki, Yunanıstan özü ABŞ-ın bazasına çevrilib.”

Bir müddət əvvəl Yunanıstanın baş naziri Türkiyəni qaçqın böhranının səbəbkarı adlandırmış və türk sərhədçilərinin qaçqınlarla rəftarının qeyri-insani olduğunu bildirmişdi.

Related posts

Yəhudilər qaçır!

Qəzza…

Dünyanı kim qarışdırır?