Səudiyyə koalisiyasına bağlı bəzi qüvvələr Ənsarullaha qoşulub

QafqazTimes xəbər verir ki, etibarlı mənbələr çərşənbə axşamı Yəmən mətbuatına bildiriblər ki, Səudiyyə koalisiyası və Mənsur Hadi hökuməti ordusundan onlarla muzdlu peşiman olaraq təcavüzkarların sıralarını tərk ediblər.

Mənbələr Səudiyyə koalisiyasının muzdlularının 114-cü və 310-cu batalyonlarının 40-a yaxın zabitinin Səudiyyə Ərəbistanı və BƏƏ-dən ayrıldığını bildiriblər. Bu qüvvələr koalisiyadan ayrılıqdan sonra Ənsarullah qüvvələri və Yəmən ordusuna qoşulublar.

Məlumata görə, ayrılan bu zabitlər Səudiyyə koalisiya qüvvələrinin Vadi Übeydə (Maribin cənubu) kazarmalarından qaçaraq, Yəmənin Milli Qurtuluş Ordusu və Ənsarullah qüvvələrinin nəzarətində olan bölgələrə – Əl-Cubə (Maribin qərbi) məntəqəsinə gələ biliblər.

Bundan öncə də Səudiyyə koalisiyasına bağlı bəzi qüvvələr peşman olduqlarını bildirərək, Ənsarullah qüvvələri və Milli Qurtuluş Hökumətinin ordusu (Sənada) sıralarına qoşulmuşdular.

Qeyd edək ki, ötən il yanvarın 11-də Səudiyyə koalisiyasının 300-dən çox üzvü koalisiyadan ayrılaraq Ənsarullah qüvvələrinə qoşulmuşdular.

Bu xəbər Yəmən Milli Qurtuluş Hökumətinin mətbuatı və rəsmiləri tərəfindən hələlik təsdiqini tapmayıb. Bu xəbər təsdiqlənərsə, bu parçalanma Marib cəbhəsində yaradılmış tarazlığa kölgə sala və Ənsarullah və milli qurtuluş hökumətinin xeyrinə başa çata bilər.

Related posts

Fatimeyi-Zəhranın (s) davamçısı olmaq

Yəmən Amerikanın F-18 qırıcısını vurdu. Amerika-İngiltərə qüvvələri geri çəkilməyə məcbur oldu

Amerika və İsrailin Yəmənin qarşısında aciz qalmasının sirri