Ərəb Liqası yenidən İsrailin Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə qoşulmasını tələb etdi

QafqazTimes xəbər verir ki, Ərəb Liqasının baş katibi vurğulayıb ki, əgər İsrail nüvə silahından əl çəkərsə və nüvə fəaliyyətlərini kontrol edərsə, o zaman nüvə silahı və digər kütləvi qırğın silahlarından azad Yaxın Şərq yaratmaq məqsədlərinə nail olmaq mümkün olacaq.

Ən-Nəşrə xəbər agentliyinə görə, Ərəb Liqasının baş katibi Əhməd Əbül Qeyt Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsi Təşkilatının Hazırlıq Komitəsinin icraçı katibi Robert Floyd ilə görüşündə bildirib ki, İsrail Nüvə Silahlarının Yayılmaması Müqaviləsi və Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsinə qoşulma tələblərini ratifikasiya etməlidir ki, bu da NPT-nin gücləndirilməsinə və beynəlxalq ictimaiyyətdə özünün nüfuzunun artmasına kömək edə bilər.

Əbül Qeyt və Floyd həmçinin Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsi Təşkilatının Hazırlıq Komitəsinin fəaliyyəti ilə bağlı prosesləri nəzərdən keçirmişlər.

O, nüvə silahlarının inkişafının qarşısını almaq istiqamətində bu paktın əhəmiyyətini vurğulayaraq, nüvə silahlarının aradan qaldırılması üçün dünya ölkələrinin fəaliyyətinin zəruri olduğunu bildirib.

Related posts

İsraillə dostluq baha başa gəlir

Qəzzəyə humanitar yardım maşınlarına hücum sionist rejimin nazirlər kabineti üzvlərinin koordinasiyası əsasında baş tutur

ABŞ- Narkomanların idarə etdiyi dövlət: Kapitoli binasında kokain tapıldı – FOTO