Səudiyyə apellyasiya məhkəməsində iki bəhreynli gəncin ölüm hökmü təsdiqlənib

QafqazTimes xəbər verir ki, Səudiyyə Ərəbistanının apelyasiya məhkəməsi çərşənbə axşamı iki bəhreynli gəncin ölüm hökmünü qüvvədə saxlayıb.

“Bahrainmirror” xəbər saytı Cəfər Sultan və Sadiq Samir adlı bu iki nəfərin “Daru Kəlib” bölgəsinin sakinləri olduğunu bildirib.

Sultan və Samir 2015-ci ildə Səudiyyə Ərəbistanı ilə Bəhreyni birləşdirən Kral Fəhd keçidini partlatmağa cəhd ittihamı ilə həbs edilmişdilər.

Apellyasiya Məhkəməsinin qərarından sonra müttəhimlərin bu hökmdən Səudiyyə Ali Məhkəməsinə şikayət etmək üçün bir aydan az vaxtı var. Bu məhkəmə Səudiyyə Ərəbistanının ən yüksək məhkəməsi hesab olunur və onun çıxardığı hökmlər demək olar ki, qətidir.

Məlumata görə, hökm Səudiyyə Ərəbistanının Ali Məhkəməsi tərəfindən təsdiq edilərsə, Səudiyyə Ərəbistanı kralı da edam hökmünü qüvvədə saxlamalıdır.

Bununla belə, bu iki gənc bəhreynli qeyd olunan ittihamları rədd edərək, iddiaların siyasi motivli olduğunu israrla bildirirlər.

Related posts

Amerika və İsrailin Yəmənin qarşısında aciz qalmasının sirri

Siyasi qumarbazlar

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu