Səudiyyə Ərəbistanında terrorizm və azğın inanclar ittihamı ilə 81 nəfər edam edilib

QafqazTimes xəbər verir ki, Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi şənbə günü verdiyi açıqlamada terrorizm və azğın ideologiya ittihamı ilə 81 nəfəri edam etdiyini bildirib. Edam edilənlər arasında yeddi Yəmən və bir Suriya vətəndaşının adı var.

Bəyanatda deyilir: “Cinayətkar qruplar şeytani addımlar ataraq, azğın düşüncələri və əqidələri qəbul edərək haqq yolundan sapmışlar.”

Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi sözünə belə davam edib: “Onlar düşmənlərin planlarına xidmət etmək və müxtəlif terror aktları ilə günahsız insanların qanını tökmək üçün vətənlərini satmışlar.”

Bəyanatda həmçinin deyilir: “Onların cinayətləri hətta ata və analarına, dinin müqəddəsliklərinə xətər yetirib, ibadət ocaqlarına, məscidlərə, bir sıra dövlət idarələrinə və mühüm iqtisadi qurumlara ziyan vurub.”

Nazirlik daha sonra iddia edib: “Bir sıra vəzifəli şəxslərin və vətəndaşların xaricdə izlənilməsi və hədəfə alınması, polis qüvvələrinin izlənilməsi və terroru, adam oğurluğu, işgəncə, zorlama, silah və qumbaraatanlardan istifadə, oğurluq və qaçaqmalçılıq kimi cinayətlərin törədilməsi, xaos yaratmaq və İŞİD, Əl-Qaidə və s. terror təşkilatlarının planlarını həyata keçirmək edam edilənlərin digər cinayətlərindəndir.”

Related posts

Siyasi qumarbazlar

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur