Ağ Ev: Putin Çindən kömək istəyib!

QafqazTimes.com  nytimes.com-a istinadən xəbər verir: ABŞ rəsmiləri Rusiyanın Çindən hərbi və iqtisadi yardım istədiyini iddia edir. Vaşinqton iddia edir ki, Rusiya prezidenti Vladimir Putin Ukraynada müharibəyə kömək üçün Çin başçısına müraciət edib. Moskva ABŞ və Avropa ölkələrinin sanksiyalarını təsirsizləşdirmək üçün iqtisadi yardıma ehtiyac olduğunu bildirib. Amerika rəsmiləri Moskvanın Çinə müraciəti barədə ətraflı məlumat vermir. Amma qeyd edilir ki, Amerika Çinin Rusiyaya hər hansı yardım edib-etməyəcəyini diqqətlə izləyir.

Rusiya hələ ki bu iddiaya münasibət bildirməyib. Əslində Moskva Pekinlə strateji müttəfiq olduğu üçün istənilən şəkildə hərbi və iqtisadi yardım istisna edilmir.

Related posts

Oman müftisi ABŞ tələbələrinin Qəzzə aksiyasını dəstəkləyib

Qəzza…

Guardian: İngiltərə Qəzzəyə humanitar yardım paylamaq üçün canlı qüvvə göndərir?!