Səudiyyə Ərəbistanında tanınmış bir şiə ruhaninin naməlum taleyi

Qafqaztimes xəbər verir ki, Saudileaks-in yazdığına görə, 2016-cı ilin iyul ayında tanınmış Səudiyyə şiə din xadimi Şeyx Məhəmməd bin Həsən əl-Həbibin həbs olunmasından illər keçir.

2018-ci ilin yanvarında Apellyasiya Məhkəməsi Şeyx Əl-Həbibə 7 il həbs cəzası vermişdi. Həbs cəzasının uzadılması üçün 30 aprel 2018-ci il tarixdə ona qarşı ikinci bir iş qaldırılmışdı. 26 Avqust 2019-cu ildə isə ixtisaslaşmış bir cinayət məhkəməsi onu əlavə beş il həbs cəzasına məhkum etmiş və daha sonra bu hökm apellyasiya məhkəməsi tərəfindən təsdiqlənmişdi.

Qeyd edək ki, Şeyx Məhəmməd əl-Həbib, 2012-ci ildə Səudiyyə xalq etirazlarını himayə edən, Şeyx Baqir əl-Nimrin mövqeyini dəstəkləyən və bu günə qədər açıq bir mövqe tutan Səudiyyə Ərəbistanının Qətif əyalətinin öndə gedən şiə ruhanilərindən biridir. Səudiyyəli şiə din xadimi Şeyx Baqir əl-Nimrin, bir neçə il öncə Səudiyyə rejimi tərəfindən edam edilmişdir.

Şeyx Əl-Həbib zindan həyatını yaşadığı bir halda Baş Prokurorluq ona qarşı “Qətif vilayətində etirazçılara dəstək vermək və iğtişaşlar hazırlamaqla ictimai asayişi və milli birliyi pozmağa cəhd” ittihamı ilə başqa bir cinayət işi başlatmışdır.

Related posts

Şəhadətdən qabaq…

General Səlami: Yəmən xalqı Fələstini bacarıqla müdafiə edir/ Yəmənlilər qalib gələcək

İsrail xəstəxananı və həkimləri yandırdı – ətraflı