Səudiyyə Ərəbistanında iraqlı ruhaninin həbsinə Bağdaddan reaksiya

QafqazTimes xəbər verir ki, İraq Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanının iraqlı din xadiminin saxlamasına reaksiya verib.

İraq Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd əs-Səhaf Ümrə ziyarəti zamanı səudiyyəlilərin iraqlı din xadimi Vəlid əl-Zeydini həbs etməsinə münasibət bildirib.

İraq Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Şeyx Vəlid əl-Zeydinin işi və onun Səudiyyə Ərəbistanı daxilində saxlanması ilə bağlı yayılan məlumatların araşdırması üçün müvafiq addımlar atılıb.

İraqın daxili mənbələri dünən Ümrə ayinlərini yerinə yetirmək üçün Səudiyyə Ərəbistanına səfər edən Şeyx Vəlid əl-Zeydinin Səudiyyə rəsmiləri tərəfindən həbs edildiyini açıqlayıblar.

Onun Səudiyyə Ərəbistanına ziyarət karvanı ilə getdiyi və bir neçə gün əvvəl həbs edildiyi bildirilir.

Bu mənbələrə görə, həbs olunduğu zaman bu həbslə bağlı onun yoldaşlarına heç bir izahat verilməyib. Onun Ümrəyə getdiyi karvanın bu gün İraqa qayıtması planlaşdırılır.

“Shafaq News” xəbər verib ki, İraq Ümrə Həccinin Ali Şurası Səudiyyə rəsmilərindən Ümrə mərasimləri zamanı həbs etdikləri iraqlıları tez bir zamanda azad etməyə çağırıb və Səudiyyə rəsmiləri isə Əl-Zeydini azad edəcəklərinə söz veriblər.

Related posts

ABŞ-ın əsil siması

İsraillə dostluq baha başa gəlir

ABŞ- Narkomanların idarə etdiyi dövlət: Kapitoli binasında kokain tapıldı – FOTO