Səudiyyə Ərəbistanında insan hüquqlarının pozulmasına etriaz edildi

Bir neçə beynəlxalq təşkilat Səudiyyə Ərəbistanında insan hüquqlarının pozulmasına dair imza toplayaraq rəsmi məqamlardan söz azadlığı və xalqa hörmətlə rəftarlarını tələb edib.

Əl-Aləm telekanalının məlumatına əsasən, Səudiyyə Ərəbistanında bir sıra alim, hüquq aktivistləri və siyasətçilər həbs edilir, oğurlanır yaxud da edam hökmünü gözləyirlər. Onlardan biri də sosial mediada rejim əleyhinə xəbərlər yaydığı üçün edama məhkum olunmuş din xadimi Əvəz Əl-Qərənidir.

Bu məlumata görə imzalanmış etiraz ərizəsində son zamanlar Səudiyyə rejiminin müxalifət qruplara qarşı göstərdiyi təzyiqlər tənqid edilib və Üsamə Xalid və Ziyadə Əl-Sufyani kimi həbsdə olan siyasətçilərin azadlığı tələb olunub.

Etiraz ərizəsində bir çox insanın sadəcə sosial mediada müxalifət xarakterli yazılar yazdıqlarına görə həbs olunması pislənilir.

Related posts

Ağ Ev İslama təslim olur! – Video izlə

Hindistanlı ailə Quranın ən böyük nüsxələrindən birini hazırlayıb – VİDEO

Qüds Gününün harayları dünyanı oyatmalıdır! – Video izlə