Səudiyyə Ərəbistanında HƏMAS məhbusu dərmandan məhrum edilib

QafqazTimes xəbər verir ki, Britaniyada İnsan Haqları üzrə Ərəb Təşkilatı bildirib: “Səudiyyə rəsmilərinin HƏMAS-ın bu ölkədə həbsdə olan nümayəndəsi Məhəmməd əl-Xəzrini qəsdən tibbi xidmətdən məhrum etmələri ona qarşı sui-qəsdin müqəddiməsidir və buna son qoyulmalıdır.”

“Ərəbi 21”in xəbər saytına görə, bu təşkilatın hesabatında deyilir: “Səudiyyə rəsmiləri ona xüsusi şiş ampulalarının vurulmasını dayandırdıqları üçün Məhəmməd əl-Xəzri lazımi tibbi xidmətdən məhrum edilib. Bu, onun üç ayda bir dəfə qəbul etdiyi zəruri bir dərmandır.”

Ərəb İnsan Haqları Təşkilatı belə davan edib: “Ər-Riyad dəfələrlə Əl-Xəzrinin tibbi səbəblərə görə azadlığa buraxılmasını rədd edib. Eləcə də keçən ay cəzasının bitməsinə baxmayaraq onu hələ də azad etməyib. Əl-Xəzri 2019-cu ilin aprelində həbs edilib və onun altı illik cəzası fiziki vəziyyətinə görə iki dəfə azaldılıb.”

Məlumata görə, Məhəmməd əl-Xəzri saxlandığı ilk gündən pis rəftara məruz qalıb, müstəntiqlər tərəfindən təhqiramiz ifadələr deyilib və təcridxana daxilində təhlükəsizlik qüvvələri ona qarşı pis rəftar ediblər.

Əl-Xəzrinin ailəsi onun eşitmə qabiliyyətinin yarısını itirdiyini və osteoporozdan əlavə dişlərinin də pis vəziyyətdə olduğunu və bunun şiddətli ağrılara səbəb olduğunu bildirib. O, həmçinin böyüyən prostat şişindən əziyyət çəkir, bu yaxınlarda isə hepatitə yoluxub.

Related posts

Siyasi qumarbazlar

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur