Səudiyyə Ərəbistanı azyaşlıları edam etməyə davam edir

Qafqaztimes xəbər verir ki, Səudiyyə-Avropa İnsan Haqları Təşkilatı bazar ertəsi bildirib ki, Səudiyyə Ərəbistanı azyaşlıları edam etməyə davam edir.

Təşkilat Twitter səhifəsində yazıb ki, Səudiyyə Ərəbistanı dəfələrlə uşaqların edamına son qoyacağına söz verib, lakin buna əməl etməyib.

Qrup bildirib ki, Səudiyyə Ərəbistanı Salman bin Əbdüləziz və onun vəliəhdi Məhəmməd bin Salmanın dövründə ən azı 12 azyaşlı uşağı edam edib ki, onların ən sonuncusu 2021-ci ilin iyulunda edam edilən Mustafa əd-Dərvişdir.

Ötən ilin noyabrında Səudiyyə Ərəbistanı Maki Kazim Ali-Ubeyd adlı məhbusun ölüm hökmünü verib. O, Qatif şəhərinin Um əl-Həmmam adlı şiə bölgəsinin sakini olub.

Səudiyyə Ərəbistanı daha əvvəl Müslim bin Məhəmməd əl-Muhsin adlı siyasi məhbusu edam edib.

Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi adı çəkilən siyasi məhbusa qarşı iddialar irəli sürərək, onun terror qruplaşması adlandırılan bir qruplaşmada əli olduğunu, Səudiyyə Ərəbistanının yüksək rütbəli məmurlarına qarşı silahlı qiyam etdiyini və bir Səudiyyə vətəndaşının öldürülməsində iştirak etdiyini bildirib.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya