Səudiyyə Ərəbistanı 7 xalla ən pis “azad olmayan ölkələr” sırasında

QafqazTimes xəbər verir ki, “Freedom House” qeyri-hökumət təşkilatı Səudiyyə Ərəbistanında siyasi hüquqlar və vətəndaş azadlıqlarının geniş şəkildə məhdudlaşdırılmasını nəzərə alaraq, orada avtoritar idarəçiliyin olduğunu vurğulayıb.

Vaşinqtonda yerləşən Human Rights Watch təşkilatının 2022-ci il illik hesabatında Səudiyyə Ərəbistanı 100 xaldan yalnız 7-ni əldə etməklə qeyri-azad ölkə kimi sıralanır.

Hesabatda deyilir: “Səudiyyə Ərəbistanındakı mütləq monarxiya demək olar ki, bütün siyasi hüquq və vətəndaş azadlıqlarını məhdudlaşdırır.”

Öz növbəsində İnsan Haqları təşkilatı bəyan edib ki, Səudiyyə Ərəbistanı insan haqları baxımından dünyanın ən etibarsız ölkələrindən biridir.

Qadınlar və dini azlıqlar geniş diskriminasiya ilə üzləşirlər. Ölkədə əməkçi miqrantlar da acınacaqlı vəziyyətdədir. Onların bir çoxu həbsdə və ağır işgəncələr altındadırlar.

Səudiyyə Ərəbistanı işləri üzrə müşahidəçilər bildirirlər ki, Ər-Riyadın ədliyyədən kənar işgəncələr, edamlar və qətllər, ayrı-ayrı şəxslərin yoxa çıxması və qəddar həbslərlə bağlı rekordları Səudiyyənin beynəlxalq qurumlar tərəfindən dünyanın ən pis ölkəsi kimi tanınmasına səbəb olub.

İnsan haqları təşkilatları Səudiyyə Ərəbistanında mitinq və etirazlara qadağalar, ifadə azadlığının məhdudlaşdırılması, vətəndaşların səsvermədə iştirak edə bilməməsi və və s. məsələlər də daxil olmaqla digər arqumentləri qeyd ediblər.

Related posts

Demo+terror+kratiya

Rusiya və ABŞ arasında oyunun sonu

Qəzza Qəssabı dünyanı xilas edəcək?