Brent markalı neftin qiyməti qalxıb

QafqazTimes xəbər verir ki, “Reuters”in məlumatına görə, Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarının davam etməsindən sonra Brent markalı neftin qiyməti 7 dollar artaraq barreli 105 dollar olub.

Rusiya prezidenti Vladimir Putin cümə axşamı səhər rəsmi olaraq Ukraynaya qarşı xüsusi hərbi əməliyyatlara başlayıb.

Hərbi əməliyyatların başlaması ilə eyni vaxtda neftin qiyməti yeni rekordlar əldə edib və Avropada qaz fyuçersləri təxminən 30 faiz artdı.

Rusiya Ukraynada məqsədinin qlobal müharibənin qarşısını almaq olduğunu desə də, Amerika və Avropa ölkələri bu addımı pisləyərək Rusiyaya sanksiyalar tətbiq edib.

Related posts

BMT baş katibi: Qəzzadakı müharibə – açıq yaradır

ABŞ-ın əsil siması

Kuba: İsrailin Rəfəhə hücumu fələstinlilərin soyqırım sayını artırır