Şərqi Ərəbistanda yeni həbs dalğası

QafqazTimes xəbər verir ki, Əl-Əhd xəbər saytının məlumatına görə ötən iyun ayında Səudiyyə təhlükəsizlik xidmətləri Qətif, Əl-Əhsa və Əl-Dəmmamda ağır reydlər keçirib və heç bir ilkin araşdırma olmadan Əl-Əhsadan olan Sarə Əl-Əlini həbs ediblər. Bu qüvvələr həmçinin dini-elmi hövzənin ustadlarından olan Əbdülməcid bin Hücey Əl-Əhmədi də həbs ediblər.

Bu xəbər saytının məlumatına görə, Səudiyyə qüvvələri Hüseyn Rəcəb, Hüseyn Əl-Mütəva və Musa Əli Əl-Xənizini də həbs ediblər. Ali Səud müxalifət mənbələri bu həbslərin ortaq hədəflərinin bu şəxslərin media fəaliyyəti olduğunu bildiriblər. Çünki onlar sosial şəbəkələrdə fəal olublar və Səudiyyə vəliəhdi Məhəmməd bin Salmanın siyasətinə zidd yanaşmaya malik olublar.

Bu mənbələr həbs edilən bu şəxslərin bu ana qədər ailələri ilə ünsiyyətdən məhrum olduqlarını bildirərək, belə bir açıqlama veriblər: “Səudiyyə qüvvələri onların bütün rabitə vasitələrini alıblar.”

Adı çəkilən mənbələr Ali-Səud rəsmilərinin bu ölkə vətəndaşlarının azad yaşamasına mane olduğuna diqqət çəkərək, Səudiyyə Ərəbistanının ən gənc siyasi məhbusu olan Murtəca Qureyrisin saxlanma şəraitindən təəssüfləndiklərini bildiriblər.

Bu mənbələrə görə, o, 2011-ci il dekabrın 23-də Qətifdə keçirilən dinc etiraz yürüşündə iştirak edərkən Səudiyyə hakimiyyəti tərəfindən şəhid edilən Şəhid Əli Qureyrisin qardaşıdır. O, Abdulla Qureyris adlı keçmiş məhbuslardan birinin oğludur. Onun digər iki qardaşı hələ də həbsdədir və onlardan biri hər an edam olunacağı ilə təhdid olunur.

Related posts

Yəmən Amerikanın F-18 qırıcısını vurdu. Amerika-İngiltərə qüvvələri geri çəkilməyə məcbur oldu

Amerika və İsrailin Yəmənin qarşısında aciz qalmasının sirri

Siyasi qumarbazlar