Sərnişinlərlə dolu avtobus suda batdı, insanlar yardımı damda gözləməli oldu – FOTO/VİDEO

Rusiyanın Altay diyarında gecə vaxtı yoldan çıxan avtobus daşqın olan ərazidə batıb. İnsanlar yadımı ictimai nəqliyyatın damında gözləməli olublar.

Avtobusda ümumilikdə səkkiz sərnişin və sürücü olub. Salon su ilə dolmağa başlayanda sakinlər xilas üçün avtobusun damına çıxmaq məcburiyyətində qalıblar.

Bundan sonra yerli Fövqəladə Hallar Xidmətinə xəbər verilib.

Hadisə ilə bağlı siqnaldan sonra əraziyə növbətçi qüvvələr göndərilib. Sürücü və sərnişinlər təxliyə olunublar. Onların xəsarət almadığı vurğulanıb.

Related posts

Əfqanıstanda helikopter məktəbə çırpıldı – VİDEO

Günəşdəki güclü partlayışının görüntüsü yayımlandı – VİDEO

ABŞ- Narkomanların idarə etdiyi dövlət: Kapitoli binasında kokain tapıldı – FOTO