Sərdar Qaani İraq prezidenti və baş naziri ilə görüşüb

Qafqaztimes xəbər verir ki, İraq mənbələri Qüds Qüvvələrinin komandanı Sərdar Qaaninin Bağdada səfər edərək prezident və baş nazirlə görüşdüyünü bildirib.

Əl-Məyadin telekanalının İraq mənbələrinə istinadən verdiyi məlumata görə, Sərdar Qaani İraqın yüksək səviyyəli rəsmiləri ilə görüşdə ölkənin aramlığa və daxili həmrəyliyin qorunmasına ehtiyac olduğunu vurğulayıb.

Əl-Məyadin-in məlumatına görə, Qüds Qüvvələrinin komandanı İraqdakı son hadisələrin ardınca bazar günü gecə Bağdada daxil olub.

İraq hökuməti bazar günü səhər saatlarında İraqın baş naziri Mustafa Əl-Kazıminin iqamətgahının pilotsuz təyyarə ilə hədəfə alındığını, lakin ona zərər dəymədiyini açıqlayıb.

Əl-Məyadin yazıb ki, Sərdar Qaani prezident və baş nazirdən başqa bir neçə İraq rəsmisi ilə də görüşüb və İraqın təhlükəsizliyini təhdid edən hər hansı bir addımdan çəkinməyin vacibliyini vurğulayıb.

Telekanal İraq mənbələrinə istinadən bildirib ki, Qaani həmçinin qanun çərçivəsində İraq xalqı və etirazçıların tələblərinə əməl etməyin zəruriliyini də vurğulayıb.

Bu yaxınlarda İraqda keçirilən parlament seçkilərindən sonra İraq cəmiyyətinin bir sıra qrupları seçkilərin nəticələrinə etiraz etmək üçün Bağdad və bəzi digər şəhərlərdə küçələrə çıxmışlar. Bu etirazlar paytaxt da daxil olmaqla bəzi şəhərlərdə bir sıra hallarda zorakılığa çevrilmiş və bir neçə nəfərin ölümünə səbəb olmuşdur.

Related posts

ABŞ beynəlxalq məhkəməni hədələyir!

Yəhudilər qaçır!

Qəzza…