Sərayal Qüds yeni taktikalarla əvvəlkindən daha da güclüdür

Sərayal Qüds Hərəkatının mətbuat katibi videoçıxışında İran İslam Respublikasına müqavimətə verdiyi dəstəkləri üçün qədrdanlıq edib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Fələstin İslami Cihad Hərəkatının nəzdində fəaliyyət göstərən Sərayal Qüds sözçüsü Əbu Həmzə sionist rejimlə son 5 günlük müharibənin nəticələri barədə çıxışında deyib: Fələstin xalqı və müqavimət dəstəkçilərinə müraciət edərək deyib: Yeni komandanlığın öz vəzifəsini ən yüksək səviyyədə yerinə yetirəcəyinə əmin olun.

Əbu Həmzə sonra deyib: Sionist rejimin baş naziri Benyamin Netanyahu bizim komandirlərimizin qanını tökməklə bir daha nəhs imicini dünyaya nümayiş etdirsə də biz yeni taktikalarımızla Qəzzə zolağına daha da yaxınlaşdıq.

Əbu Həmzə vurğulayıb: Müqaviməti susdurmaq üçün sionist rejimin terror siyasətinə əl atması əbəsdir. Çünki müqavimət dəstəkçiləri ilə birlikdə bu saxtakar rejimin öhdəsindən gələcəyik.

Related posts

Smotriç Netanyahu və digər Gallantın istefasını tələb edir

Sionist rejim Livanın cənubuna artilleriya hücumu edib

Həmas: Sionist rejimin məhvi qətidir