Səna: BMT Yəmənin mühasirəsində şərikdir

QafqazTimes xəbər verir ki, Yəmənin Milli Qurtuluş Hökumətinin danışıqlar qrupunun üzvü Əbdül Məlik əl-Əcri bazar günü axşam Sənanın Yəmənin mühasirəsinin davam etməsinə etirazları çərçivəsində deyib: “Atəşkəs mühasirənin aradan qaldırılması və müharibənin sona çatması məsələsini müzakirə etmək üçün istifadə edilməli idi.”

O, əlavə edib: “BMT-nin çox zəif fəaliyyəti və onun atəşkəs üzrə xüsusi missiyasının zəifliyi onun rolunun yenidən nəzərdən keçirilməsini, o cümlədən regional və ya beynəlxalq neytral tərəflərin hər hansı sazişin dəstəklənməsinə və onun həyata keçirilməsinin təmin edilməsinə cəlb olunmasını tələb edir.”

Yəmənin Milli Qurtuluş Hökumətinin nəqliyyat naziri Əl-Marani də Əl-Məsirə ilə müsahibədə BMT-ni Səudiyyə koalisiyasının atəşkəs razılaşmasını pozmasına biganəliyinə görə tənqid edərək deyib: “Birləşmiş Millətlər Təşkilatı razılaşmanın ziddinə olaraq, gəmilərin Yəmənə daxil olmasının və Səna hava limanında uçuşların həyata keçirməsinin qarşısının alınmasında təcavüzkar koalisiya ilə əməkdaşlıq edir.”

Yəmənli nazir həmçinin vurğulayıb: “Birləşmiş Millətlər Təşkilatının nəzarəti altında atəşkəsin elan edilməsindən 3 həftə keçib və indiyədək heç bir nəticə əldə edilməyib.”

Related posts

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

ABŞ beynəlxalq məhkəməni hədələyir!

Yəhudilər qaçır!